Azərbaycanda milli parklara səfər edən turistlərin sayı ARTIB
09:04 02.08.2018
Arxiv
670
Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.
Bu barədə "Sherg.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
2018-ci ilin iyul ayında milli parkları ziyarət edən turistlərin sayı cari ilin 6 ayı ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, 2018-ci ilin 6 ayı ərzində milli parklara ümumilikdə 24261 turist (bunlardan 21223-ü yerli, 3038-i xarici vətəndaş) səfər edib. Təkcə bu ilin iyul ayında milli parkları 25590 turist (bunlardan 24291-i yerli, 1299-u xarici vətəndaş) ziyarət edib.
Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.
Xatırladaq ki, turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən "Xidmətlər” bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq