Azərbaycanda Velosiped Dostları qrupu varmış – VİDEO




İsmayıllıda Velosiped Dostları qrupu fəaliyyət göstərir.

Könüllü velosipedçilər tez-tez rayonlara yürüş edir gəncləri bu sağlam məşğuliyyətə cəlb edirlər. Qrupun rəhbəri rayonun Qalacıq kənd sakini Əli İmamverdiyevdir. Bu qrup artıq 3 ildir fəaliyyət göstərir.

Onlar tarixi günlər müxtəlif şəhər və rayonlara yürüşlər təşkil edir bu sahəyə diqqət cəlb edirlər.

Hazırda qrupun 50 dən çox üzvü var.