
Azərbaycanda yeni gənclər təşkilatı yaradıldı
12:45 28.06.2022
Arxiv
1067
İyunun 25- də «Sabunçu Gənclər Evi»ndə baş tutan görüş zamanı «Gənc Tarixçilər» İctimai Birliyinin yaradılması haqqında ölkə ictimaiyyətinə məlumat verildi.
Tədbiri giriş sözü ilə «Gənc Tarixçilər» İctimai Birliyinin həmtəsisçisi və sədri Kənan Məmmədov açaraq bildirdi ki, birliyin əsas məqsədi Azərbaycan tarixini və mədəniyyətini, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərini təbliğ etməkdən ibarətdir. Kənan Məmmədov qeyd etdi ki, nizamnamədə nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün birlik, müxtəlif kurslar və seminarlartəşkil etməyi, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etməyi, yerli və beynəlxalq təşkilatlarlaəməkdaşlıq etməyi nəzərdə tutur.

Daha sonra söz qonaqlara verildi. Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor, Musa Qasımlı Tarix elminin öyrənilməsinin və gələcək nəsillərə doğru şəkildə aşılanmasının əhəmiyyətindən bəhs etdi. Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov gənclərin maarifçilik sahəsində fəaliyyətlərini hər zaman alqışladığını və onlara dəstək olduğunu ifadə etdi. Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu cumhuriyyət tarixinin xüsusilə araşdırılmasının və bu sahədə mühüm tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd etdi. Tədbirin sonunda qonaqlarla xatirə şəkili çəkdirildi və gənclərlə görüş çay süfrəsi arxasında davam etdirildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol