Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi
09:56 01.08.2018
Arxiv
773
Əməkdar artist Həsənağa Sadıqovun bu dəqiqələrdə dünyasını dəyişdiyi bildirilir.
Kulis.azın verdiyi xəbərə görə, bu barədə Hacı Nuran öz İnstaqram səhifəsində məlumat yayıb.
Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb.
Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. 6-7 yaşlarından atasının və babasının yanında toylara gedən H.Sadıqov 1963-cü ildə zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.
1985-ci ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.
1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu gündə fəaliyyət göstərir.
O, ağır xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı