Azərbaycanın tanınmış alimi vəfat edib
11:06 17.08.2021
Arxiv
543
Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində tanınmış alimi, AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov 71 yaşında vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Qeyd edək ki, Salavatov Tulparxan Şarabudinoviç 13 oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirib.
T.Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayan T.Salavatov 1978-ci ildən bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühəndis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrində işləyib.
T.Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədr olub.
T.Salavatov neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində görkəmli alimlərdən biri idi. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini göstəricilərin dinamiki təhlili əsasında neft və qaz yataqlarının işlənməsi zamanı alternativ üsulların tətbiq edilməsi, neft və qaz yataqlarının işlənməsinin idarə edilməsi üçün kompromis halların seçilməsi təşkil edib. Bundan əlavə, alim qeyri-Nyuton sistemlərin reofiziki xassələrinə fiziki sahələrin təsirinin tədqiqində radiospektroskopik üsulların tətbiq edilməsi, müxtəlif fiziki sahələrin (təzyiq, istilik, maqnit və elektrik) tətbiqi ilə neftçıxarmanın səmərəsinin və layların neftvermə əmsalının yüksəldilməsi, böhran qiymətlərindən yüksək parametrlərdə neftvermə əmsalının yüksəldilməsi texnologiyalarının yaradılması istiqamətində də tədqiqatlar aparıb. Həmçinin enerji və resurslara qənaət texnologiyalarının işlənməsi, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi əsasında neftqazçıxarmanın texnoloji proseslərinin səmərəliliyinin artırılması üsullarının işlənməsi və tətbiqi də alimin elmi fəaliyyətinə daxil idi.
T.Salavatov 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.
O, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvü idi.
T.Salavatov "Azərbaycan neft təsərrüfatı", Rusiyanın "Нефтепромысловое дело", "Геология, геофизика и разработка нефтяных и газовых место-рождений", "Aктуальные проблемы нефти и газа" və "Нефтегазовое дело" jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvü idi.
Alim elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin xalq təsərrüfatına tətbiqinə görə Rusiya Təbiət Elmləri Akademiyasının "Uğur ulduzu" Fəxri nişanına, Vyetnam Respublikasının Fəxri neftçisi və Azərbaycan Respublikasının Əməkdar elm xadimi adlarına layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya