Azərbaycanla Pakistan arasında razılaşmalar imzalanaq
10:04 23.03.2017
Arxiv
404
"Pakistanla Azərbaycan arasında mükəmməl ikitərəfli əlaqələr var”.
APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
O bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: "Bu illər ərzində 3 Pakistan prezidenti, 2 baş naziri Azərbaycana, o cümlədən Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev Pakistana səfər edib. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Buraya ticarət, iqtisadi əlaqələri, hərbi əməkdaşlıq, elm və texnologiya daxildir. Əlaqələrimiz sürətlə inkişaf edir. Ən əsası hər iki ölkə rəhbərliyi anlayır ki, iki ölkənin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən yararlanmaq və əməkdaşlıq etmək üçün böyük potensial var. Mənim əsas məqsədim bu əlaqələri dərinləşdirməkdir və iki ölkənin insanlarını bir araya gətirməkdir”.
Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var: "İki ölkə arasında bu istiqamətdə xoş məram mövcuddur. Bir sıra razılaşmaların imzalanması gözlənilir. Onların bəzilərinin hazırlığı yekunlaşmaq üzrədir. Buraya ticarət, iqtisadi əməkdaşlıq, elm, təhsil və sair sahələr aiddir. Bu razılaşmalar əlaqələri daha da inkişaf etdirəcək”.
Səfir Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına da toxunub və bildirib ki, Azərbaycan prezidenti tərəfində bu ilin İslam Həmrəyliyi ili elan olunmasını Pakistan yüksək qiymətləndirir: "İslam həmrəyliyi oyunları da bu təşəbbüsün bir hissəsidir. Pakistan bu oyunlarda iştirak edəcək və bizim idman nazirimiz nümayəndə heyətinə rəhbərlik edəcək”.
Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 77 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda yaşayan Pakistan icmasının nümayəndələri iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət