Azərbaycanlı aktrisa Moskvaya getdi
19:53 17.04.2017
Arxiv
1192
Dəniz Tacəddinin rol aldığı film Rusiyanın bütün kinoteatrlarında yayımlanacaq
Azərbaycanın gənc və istedadlı aktrisası Dəniz Tacəddin Rusiyanın məşhur "Kuxnya” serialının davamı kimi çəkilən bədii filmdə rol alıb. Sabah Moskvada filmin qala gecəsi keçiriləcək. Moskvaya gedərkən yolüstü "Şərq”ə açıqlama verən Dəniz Tacəddin həyəcanını da gizlətmədi. "Yol üstündəyəm. Hava limanına gedirəm. Sabah Moskvada "Kuxnya” filminin təmtəraqlı qala gecəsi keçirilir. Mən də dəvətlilər sırasında yer almışam.
Filmin çəkilişləri üçün kastinq keçirildi. Və böyük rəqabətə baxmayaraq seçildim. 3 ildir "Actors Agency - AR Holding”-də çalışıram. Beynəlxalq Agentliyin kastinq direktoru, həm də mənim menecerim olan Səbuhi Məmmədovdur. Onun səyi ilə Azərbaycandan bir neçə aktrisanın fotoları sınaq çəkilişlərinə göndərilib. Çəkilən kino və foto sınaqlarından məni bəyənən yaradıcı qrupun istəyi ilə ötən ilin noyabr ayında Sankt-Peterburq və Moskvada oldum. Filmdə mənim rol aldığım səhnələr Abxaziyada çəkilməliydi. Amma məlum hadisələrə görə çəkilişlər Sankt-Peterburq və Moskvada aparıldı. 2017-ci ilin ilk aylarında bütün çəkilişlər bitib”.
Filmin yaradıcı heyəti və çəkiliş prosesindən razı qalan Dəniz Tacəddinin tərəf-müqabili tanınmış teleaparıcı, aktyor və şoumen Dmitri Naqiev olub. Qeyd edək ki, "Kuxnya poslednaya bitva” bədii filminin ilk treyleri yayılıb. Film aprelin 20-dən Rusiyanın bütün kinoteatrlarında yayımlanacaq. Xatırladaq ki, gənc aktrisa Dəniz Tacəddin "Biz qayıdacağıq”, "Cavid ömrü”, "Əli və Nino” filmlərində, "Müdafiə vəkillərinin hekayəti” televiziya tamaşasında , "Toy gecəsi”, "Sənə inanıram” və s. serial və filmlərdə maraqlı obrazlar ifa edib.
Dəniz Tacəddin bizimlə söhbəti zamanı Rusiyada çəkilən filmlərin keyfiyyətindən də danışdı: "Bəzən soruşurlar ki, Rusiyada çəkilən filmlərlə yerli filmlər arasında fərq nədi? İlk növbədə onu qeyd edim ki, keyfiyyət kəmiyyətdən asılı olur. Bir də yaradıcılıq məhsuluna nə qədər böyük sərmayə qoyulursa, o qədər keyfiyyətli iş də meydana gətirilə bilir. Bu baxımdan Rusiyada keyfiyyət məsələsini bizim yerli filmlərlə müqayisə etmək çətindi. Yaradıcılıq məhsulu o zaman keyfiyyətli görünür, alınır ki, orda müasir texniki bazadan istifadə edilir, güclü aktyor komandası ilə çalışırsan. Bir sözlə, keyfiyyət həm də büdcənin çox olması ilə bağlıdı. Rusiyada kamera qarşısında, çəkiliş meydançasında aktyor, aktrisa özünə olan dəyəri hiss edir. Oradakı ab-hava tam fərqlidir. Mən bir neçə rus filmlərində çəkilmişəm. Ona görə də müqayisə etmək imkanım olur. Rusiyada film çəkilişi zamanı aktyor çəkiliş prosesindən zövq alır”.
Gənc aktrisa söhbət zamanı Rusiyadan başqa film təklifləri aldığına da eyham vurdu: "Əslində bu barədə danışmağı sevmirəm. İş meydana gəlməyincə, danışmağa ehtiyac duymuram. Elə "Kuxnya” filminin də çəkilişləri bitənə qədər bu barədə heç bir açıqlama verməyə ehtiyac görmədim. Mən öncədən danışmağı sevmirəm. İnşallah, əgər gələn təklifləri dəyərləndirsəm, o zaman danışmağa sözüm olar”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya