ABŞ-ın Men ştatında vəhşi təbiətdə təxminən 100 milyonda bir rast gəlinən olduqca nadir ağ xərçəngkimisi tədqiqat üçün universitetə bağışlanıb.
Sherg.az xəbər verir ki, “Casper” adı verilən albinos xərçəngkimisi buz mavisi nöqtələri olan ağ qabığı ilə diqqət çəkir. Alimlər onun vəhşi təbiətdə görülmə ehtimalının 100 milyonda bir olduğunu bildiriblər.
Tədqiqatçılara görə, “Casper”in ağ rəngdə olmasının səbəbi piqment istehsal edən zülalların çatışmazlığıdır. Alimlər nadir rəngli xərçəngkimilər üzərində apardıqları araşdırmada rənglənmə ilə bağlı 15 mindən çox geni analiz ediblər.

Tədqiqatçılar bu nümunələrin nadir rənglərin irsən necə ötürüldüyünü və xərçəngkimilərdə rəng formalaşmasının molekulyar mexanizmlərini öyrənmək üçün mühüm imkan yaratdığını qeyd ediblər.