Azercell-dən yeni 4G MiFi kampaniyası
07:04 04.08.2019
Arxiv
442
Lider mobil operatordan 4G MiFi cihazı alana Limitsiz internet və Mobil TV hədiyyə
Rəqəmsallığı gündəlik iş proseslərində və düşüncə tərzində əks etdirən Azercell Telekom bu yeni konsepsiyadan irəli gələrək abunəçiləri üçün müasir texnologiyanı daha əlçatan edir. Şirkətin elan etdiyi yeni kampaniyası çərçivəsində abunəçilərə həm 4G MiFi cihaz, həm də Limitsiz internet paketi ilə birlikdə 200 TV kanala pulsuz çıxış imkanı təqdim olunur.
Kampaniyaya qoşulan abunəçilərə cəmi 99 AZN müqabilində yeni 4G MiFi cihazı ilə yanaşı, 1 ay pulsuz Limitsiz İnternet və 1 ay ərzində Telekom TV-yə pulsuz abunəlik təqdim olunur. Bu təklif abunəçilərə həm yüksək sürətli internetdən dayanmadan istifadə etmək, həm istədikləri TV verilişləri, film və videoları doyunca izləmək imkanı verir.
Qeyd edək ki, 4G MiFi cihazından istifadə edərək eyni anda 10 istifadəçi 150 mb/s-dək internet sürətindən yararlana bilər. Mobil TV xidmətindən pulsuz faydalanmaq üçün App Store və ya Google Play-dən “Telekom TV” adlı mobil tətbiq yükləmək kifayətdir.
Yeni 4G MiFi kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in istənilən satış nöqtəsinə müraciət edə bilər.
Azercell Telekom abunəçilərini bu sərfəli paketə qoşulub rəqəmsal dünyanın yeni imkanlarından zövq almağa dəvət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət