“...Bakı etibarlı idman platformasıdır”
14:21 23.05.2019
Arxiv
601
"UEFA-nın ilk dəfə olaraq İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərar Azərbaycana qarşı aparılan təxribatlara birbaşa cavabdır”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı deyib.
Partiya təmsilçisi bildirib ki, Bakıda keçiriləcək futbol oyununun finalı ilə bağlı bir çox təxribatlar yayılmaqdadır. Onun sözlərinə görə, Azərbaycan dövlətini nüfuzdan salamaq istəyən qüvvələr bütün imkanları ilə çalışırlar ki, UEFA-nın Çelsi-Arsenal oyunun finalı Azərbaycanda keçirilməsin:
"Süni şəkildə Mxitaryan ajiotajı yaradıldı. Ancaq bütün söz-söhbətlərə rəğmən UEFA nəinki Bakıdakı futbol oyunu ilə bağlı qərarını dəyişdi, əlavə olaraq İcraiyyə Komitəsinin mühüm toplantısını da Azərbaycanda keçirməyə qərar verdi. Bu, çox önəmlidir. Bununla da UEFA göstərmək istəyir ki, heç bir təxribatda iştirak etməyəcək. Digərlərindən fərqli olaraq bu qurum öz nufuzunu qoruyur. Azərbaycan müstəqil dövlət olduqdan sonra onlarla oyunlar keçirilib, ancaq bir nəfərin burnu da qanamayıb. UEFA da bu qərarı ilə bütün dünyaya göstərdi ki, Bakı etibarlı idman platformasıdır. Yaradılan süni ajiotajın heç bir effekti olmadı”.
N.Orduxanlı BAXCP adından bütün vətəndaşlara çağırış edib ki, mayın 29-da Olimpiya Stadionuna gələrək, Londonun "Çelsi” klubunu dəstəkləsinlər:
"Çünki "Arsenal” klubunun tutduğu yaramaz mövqe Azərbaycanın maraqlarına kölgə salmağa, imicinə zərbə vurmağa hesablanmış addımdır. Azərbaycanda sabitlik hökm sürür. "Arsenal” təəssüf olsun ki, ölkəmizə zərbə vurmaq üçün müəyyən qüvvələrin əlində vasitəyə çevrilib və futbol klubuna yaraşmayan addıma əl atıb. Ona görə də vətəndaşlarımızı "Çelsi” klubuna azarkeşlik etməyə səsləyirəm. Çalışacam ki, Çelsi-Arsenal oyununa canlı olaraq stadiondan baxım”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya