15 sentyabr tarixi 28 may tarixi qədər əhəmiyyətlidir
“Bakı günü elan edilməli, rəsmi tətil olmalıdır” - RƏY
01:01 14.09.2023
Arxiv
8626
105-ci il ötür
15 sentyabr tarixi 28 may tarixi qədər əhəmiyyətlidir
15 sentyabr tarixi 28 may tarixi qədər əhəmiyyətlidir
Bakının erməni-bolşevik işğalından azad olunmasının 105-ci ildönümünə bir gün qalıb. 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını işğaldan azad edərək tariximizə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş daşnak-bolşevik qüvvələri Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Osmanlı türkləri Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.
Cümhuriyyət dövrünün araşdırmaçısı, "Çapar" dərgisinin baş redaktoru, yazar Dilqəm Əhməd "Sherg.az"a açıqlamasında deyib ki, 15 sentyabr tarixi Azərbaycanın qəlbi olan Bakının azad olunduğu gündür. Ekspertin sözlərinə görə, əslində, Qafqaz İslam Ordusu bütövlükdə Azərbaycanı azad edib: "Unutmayaq ki, Qafqaz İslam Ordusu formalaşdıqdan sonra Tiflisdə kağız üzərində olan hökumətimiz Gəncəyə köçə bildi və mühüm mərhələ bu zamandan etibarən başladı. Ordu ta Bakıya qədər müxtəlif döyüşlərdən keçib. Şübhəsiz, M.Rəsulzadənin İstanbuldan həyəcanla yazdığı kimi, "Bakı azad olunmasa, əlvida Azərbaycan". Bu baxımdan 15 sentyabr tarixi 28 may tarixi qədər əhəmiyyətlidir. Cümhuriyyət liderlərinin bu orduya və komandanına necə rəğbət bəslədiyini görməyimiz üçün 1918-ci ilin noyabrında Nuru Paşanın şərəfinə verilən ziyafətdəki çıxışlara baxmaq yetərlidir. Amma təəssüf ki, o qiyməti indi vermirik. 15 sentyabr Bakı günü elan edilməli, rəsmi tətil olmalıdır. Eləcə də müvafiq qurumlar bu günün təbliği üçün işlər görməlidirlər. Amma siz hazırda şəhərin mərkəzində sorğu keçirsəniz, əminəm ki, əksəriyyət 15 sentyabr gününün nə olduğunu bilməyəcək. Heykəllər, abidələr məhz bu günlərin unudulmaması üçündür. Nuru Paşaya hələ də heykəl qoyulmayıb. Amma Bakıda kifayət qədər xarici alimin, şairin heykəlləri var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter avtomobillə toqquşub
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil