“Bakı Metropoliteni”: Bundan sonra ancaq kondisionerli qatarlar alınacaq"
11:12 31.07.2018
Arxiv
735
"Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür.
"APA-Economics”in xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.
"Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, - deyə B.Məmmədov əlavə edib.
Vaqonların yenilənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu iki halda mümkündür: "Birincisi, köhnə vaqonlar istismar müddətinin başa vurmalıdır, ikincisi bizim stansiyalarımız tikilir, xətlərimiz inkişaf edir, bu halda da təbii ki, bu məsələ aktuallaşır”.
Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: "Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya