Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları işləmir
06:18 05.04.2021
Arxiv
429
Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları fəaliyyət göstərmir.
APA-nın məlumatına görə, bağçalara bildirilib ki, müəllim və texniki heyət vaksinasiya olunana qədər bağçalar fəaliyyət göstərməyəcək.
Valideynlər də APA-ya deyiblər ki, müəllimlərin və texniki heyətin vaksinasiyası ilə əlaqədar bu gündən bağçalar fəaliyyətini dayandırıb.
Qeyd edək ki, ierli icra hakimiyyəti orqanları adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdi.
Təhsil naziri Emin Əmrullayev isə ötən həftə sonu "Facebook" səhifəsində canlı yayımda bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. O deyib ki, bağçalarda distant təhsil mümkün deyil: "Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".
Əlavə edək ki, COVID-19-la əlaqədar Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu gündən distant təhsilə keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm