Bakıda 26 yaşlı gəlin körpə övladını götürüb evdən qaçdı


Bakıda ana və körpəsi itkin düşüb.

"Sherg.az" publika.az-a istinadən xəbər verir ki, Xətai rayonu Mingəçevir küçəsində yaşayan 1993-cü il təvəllüdlü A.Məmmədova 5 yaşlı oğlu Ömərlə birgə itkin düşüb.

Polisə müraciət edən qadının ailəsi onun sentyabrın 11-də evdən çıxaraq naməlum istiqamətə getdiyini bildiriblər.

Bildirilir ki, həyat yoldaşından ayrılandan sonra atasının evində yaşayan A.Məmmədova və övladının axtarışları həyata keçirilir.