Bakıda kişi arvadını döydü, sonra üzərinə benzin tökərək yandırdı



Səhiyyə Nazirliyi Maştağada əri tərəfindən döyülən və sonradan üstünə benzin təkülərək yandırılan qadının durumunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun ONA-ya verdiyi xəbərə görə, Rəna Aslanovanın yanığları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.

Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.