
Bakıda parkinqlə bağlı anlaşılmazlıq var: “Məktəb başlayanda paytaxt küçələrində xaos yarana bilər”
12:04 02.08.2018
Arxiv
1314
"Bakı şəhəri ərazisində parkinqlərin təşkili və onlara nəzarət keçən ayın 11-dən etibarən Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətinə keçib”. Bu sözləri sherg.az-a paytaxtımızda maşınların parklanması ilə bağlı problemlərdən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, paytaxtda parklanmanın təşkili ilə bağlı səlahiyyət artıq Dövlət Yol Polisindən (DYP) alınır. Lakin Respublikanın digər şəhər və rayonlarında parklanma işinə nəzarəti yenə də DYP həyata keçirəcək:

"Məsələ ilə bağlı qanunda boşluq yaranıb. Çünki keçən ayın 11-dən parkinqlərin təşkili ilə bağlı səlahiyyət BNA-ya verilsə də, BNA rəsmi açıqlamasında hələlik bu sahəyə nəzarət etmək imkanının olmadığını bildirib. Bunun üçün geniş işçi bazası formalaşmalı, baza sistemi yaradılmalı, avadanlıqlar qurumalı və texnologiyaların tətbiqi ilə bağlı bir çox işlər görülməlidir. Müşahidələr aparılmalıdır ki, harda yeni parkinqlər qurula və ya hansı parkinqlər ləğv oluna bilər. Bir sözlə, bu sahədə görüləsi işlər çoxdur. Bu baxımdan düşünürəm ki, BNA öz bazasını qurana qədər paytaxtın parklanma sisteminə nəzarət başqa quruma verilməlidir. Məsələn, DYP hələlik nəzarət edə bilər, amma məsələyə qanununla yanaşada DYP-nin artıq belə bir səlahiyyətinin olmadığını görürük”.
E.Muradlının sözlərinə görə, gələcəkdə hansısa sürücü dayanma və ya durma qaydalarını pozduğu üçün ona yazılan cərimə ilə bağlı məhkəməyə şikayət etsə, qanunun tələbinə görə həmin cərimə protokoluna xitam verilə bilər:
"Çünki, DYP-nin Bakı şəhəri üzrə parklanma ilə bağlı yazdığı cərimələr yetərsiz sayılır. Parklanma nəqliyyatın elə bir sahəsidir ki, burada yaranan boşluq aradan qaldırılmasa,ciddi problemlər yarana bilər. Düşünürəm ki, Nazirlər Kabineti BNA öz sistemini qurana qədər paytaxt ərazisində parkinqə nəzarət başqa bir təşkilata verməlidir. Çünki agentlik baza sistemini 1 aya qura bilməyəcək. Buna görə də müəyyən tədbirlər görülməlidir, BNA və DYP rəhbərliyi görüşüb müzakirə aparmalıdır ki, bu işi nə vaxta kimi qura biləcəklər? Sentyabrın 15-də məktəblər açılır. Bu vaxta kimi BNA sistemini yarada bilməsə, təsəvvür edin şəhərdə hansı vəziyyət yaranacaq. Ona görə də mövcud boşluğu aradan qaldırmaq lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya