Bakıya gələn sürücülər yenə böyük maneə ilə üzləşiblər

Ekologiya postunu keçəndən dərhal sonra 20 Yanvar dairəsinə kimi tıxac yaranıb



 Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda üzü Bakı istiqamətində hərəkət edən yolda dəhşətli tıxac müşahidə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya postunu keçəndən dərhal sonra 20 Yanvar dairəsinə kimi tıxac yaranıb. Sürücülər saatlarla tıxacda qalmaq məcburiyyətində qalıblar.