"Baktelecom" əməkhaqlarını artırıb
09:25 05.07.2021
Arxiv
472
"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əməkhaqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə, əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.
Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.
Eyni zamanda, "Baktelecom" tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq