Həmçinin də onların inkişafına müsbət təsir göstərəcək. Belə bir addımın atılması bankların kredit faizlərini azaltmasına gətirib çıxara bilər.
"... Banklarda kredit faizləri aşağı enəcək” - AÇIQLAMA
14:31 19.09.2018
Arxiv
797
"Banklara vergi güzəştləri edilsə, kredit faizləri aşağı enəcək”
Bunu "Sheg.az”a bankların vergi dərəcələrinin azaldılması təklifini dəyərləndirərkən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən bankların əksəriyyətində vəziyyət o qədər də ürəkaçan deyil:
"Bankların xərci çoxdur və onların azaldılmasına ehtiyac var. Bu mənada düşünürəm ki, indiki halda vergi güzəştlərinin təyin edilməsi bankların müəyyən xərclərinim azaldılmasına şərait yaradacaq.
Həmçinin də onların inkişafına müsbət təsir göstərəcək. Belə bir addımın atılması bankların kredit faizlərini azaltmasına gətirib çıxara bilər. İndiki dövrdə vətəndaşlar və bankların arasında müzakirəli məsələ faiz dərəcələrinin yüksək olmasıdır. Məncə, vergi güzəştlərinin təyin edilməsi bankların xərclərini mümkün qədər azaldacaq. Bu da öz növbəsində kredit faizlərinə təsir göstərəcək. Hazırda ölkədə bank sisteminin sağlamlaşdırılmasına çox böyük ehtiyac var. Elə bu vergi güzəştlərinin təyin edilməsini banklarımızın sağlamlaşdırılması istiqamətində atılan əhəmiyyətli addımlardan biri kimi qiymətləndirmək olar”.
Qeyd edək ki, banklara vergi dərəcələrinin azaldılması təklif olunur. Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur. Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət