Baş həkim ona istədiyi pulu verməyən şəxsi döydü - İDDİA + FOTO
11:31 02.09.2020
Arxiv
500
Bakı sakini Fərid Adıgözəlov Yeni Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yerləşən tibb məntəqəsinin baş həkimi Cəfər Cəfərov tərəfindən döyüldüyünü iddia edir.
F. Adıgözəlov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, avqustun 25-də marketdə işləməsi üçün sözügedən məntəqənin baş həkimindən sağlamlıq kağızı almaq istəyib:
“Baş həkim bunun üçün məndən 20 manat pul istədi. Mənim üstümdə cəmi 10 manatım var idi. O da 10 manatla razılaşmadı. Dedim ki, bununla bağlı səhiyyə orqanlarına şikayət edəcəm. Həkim bundan sonra məni itələyib kabinetdən çıxmağımı və hara istəsəm şikayət edə biləcəyimi dedi. Aramızda mübahisə düşdü. Üzümə şillə vurdu, mən də cavab olaraq müqavimət göstərdim. Bu zaman üstümə hücum çəkib məni yumruqladı. Əlindəki açarla boğazımı cızdı və məni otaqdan çıxardı. Səs-küyə orada çalışanlar yığışdı. Əşyalarım, telefonum otaqda qalmışdı və bunu götürməyimə imkan vermədi. Məcbur pəncərədən daxil olub əşyalarımı götürmək istədim. Məni yenə vurdu, üzüm, üst-başım qan olmuşdu. Mən “102”yə müraciət etdim. Sabunçu rayon 12-ci Polis Bölməsinə çağırdılar. Ərizə yazdım. Rəis həmin həkimi də şöbəyə çağırdı və danladı ki, sən niyə vətəndaşı vurursan? Ona görə də işi birbaşa Sabunçu rayon prokurorluğuna göndərdilər. Hazırda prokurorluqda məsələnin nə yerdə olduğunu bilmirəm. Həkimin hansısa əlaqələrindən istifadə edilərək bu işdə onun xeyrinə qərar çıxarılmasını istəmirəm. Ona görə də mediada məsələnin işıqlandırılmasını istədim. Ekspertiza sənədlərimdə zərbə almalarım öz əksini tapıb”.
Həkimin vətəndaşdan rüşvət tələb etməsi iddiasıyla bağlı TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, bu məsələ polis orqanlarında araşdırılır:
“TƏBİB döyülmə məsələsini araşdıra bilməz. Həkimin pul tələb etmək məsələsiylə bağlı isə vətəndaş özü TƏBİB-ə müraciət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya