Baş nazir gənclərə evlilikdə xoşbəxtliyin düsturunun açıqladı





Türkiyənin Baş nazir Binəlı  Yıldırım, qardaşı  Eyüp  Yıldırımın qızı Əminənin  nigah mərasimində iştirak edib.
Baş nazirlik qaynaqlarından əldə edilən məlumata görə, Gökhan Yücekaya və Əminə Yıldırımın toyu Çekmeköy Nigah sarayında baş tutub. Toy, Qurandan surə və dualarla başlayıb.
Mərasimə  baş nazirin həyat yoldaşı Semiha Yıldırım  da qatılıb.
Evlilikdə xoşbəxtliyin düsturunun "yaxşı" demək olduğunu vurğulayan baş nazir, gəlin və kürəkənə tövsiyələrini edib.

"Evliliyin sirri nədir, bilirsinizmi?" sual edən Yıldırım, "İtaət et, rahat ol." demək olduğunu bildirib.

Qardaşı qızına  isə "Əminə, sən də havaya girmə. Gökhan hirsli olanda  'yaxşı' deməyi bilməlisən." şəklində məsləhət verdi.