BDU -dan orduya DƏSTƏK - Fonda 200 min manat köçürdü
Banuçiçək Kalbalıyeva
09:54 07.10.2020
Arxiv
535
Dünən Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib. İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür ki, davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan, iri çaplı silahlardan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutulduğunu qeyd edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.
Rektor əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tutur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.
Rektor qeyd edib ki, mənfur düşmənin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması, Azərbaycan ordusunun düşmən üzərindəki qələləbələri xalqda böyük ruh yüksəkliyi yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi müzəffər ordumuzla döyünür. Səbirsizliklə qələbələrin davamını və Böyük Qələbə gününü gözləyirik və əminik ki, o gün çox yaxındır. Sonra universitet əməkdaşları çıxış edərək Azərbaycanın haqq mübarizəsindən, ordumuzun qələbələrindən, Azərbaycan Prezidentinin qətiyyətli siyasətindən söz açıblar. Onlar BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Şanlı Ordumuzun yanında olduqlarını bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu bildiriblər.
BDU-nun ağsaqqal professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.
Bundan əlavə, AMEA-nın həqiqi üvzü, professor Vasif Babazadə, professor Cahangir Məmmədli bir aylıq maaşlarının Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ayrılması təşəbbüsü ilə çıxış ediblər.
Cahangir Məmmədlinin emosional nitqi iclas iştirakçılarına kövrək anlar yaşadıb. O, belə bir addımın vətəndaşlıq borcu olduğunu deyib:
“Mənim ata torpağım- Ağdamın Novruzlu kəndi hazırda işğal altındadır. Odur ki, ali məktəbdə iki vəzifə tutduğuma görə, bir aylıq maaşımı bütünlüklə ordumuza ayırmağı özümə borc bildim. Prezident, ali baş komandan İlham Əliyevin qətiyyəti, əsgərlərimizin şücaəti hər kəs kimi məndə də ən yaxın zamanda Dağlıq Qarabağın tamamilə azad olunması ilə bağlı əminlik yaradır. İnanıram ki, dövlət başçısının növbəti qələbə “twit”i doğma kəndim-Novruzlu barədə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahudan nazirlərə tapşırıq - Bunu etməyin!
10:22 21.06.2026
Dünya
Gəncədə evdən meyit tapılıb
10:08 21.06.2026
Hadisə
Hər nəfəs bir barmaq izi kimidir - Araşdırma
09:54 21.06.2026
Sağlamlıq
“Ənənəvi ata modeli dəyişir” - Yazıçı
09:39 21.06.2026
Cəmiyyət
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
09:22 21.06.2026
Hərbi
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol