BDU - nun jurnalistika fakültəsində dövlət imtahanı keçirilib - FOTO

Akif Aşırlı: "Tələbələrin hazırlıq səviyyəsi kifayət qədər yüksək idi"
Bu gün Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində dövlət imtahanı keçirilib.
Sherg.az xəbər verir ki, universitetin professoru Cahangir Məmmədli, Dövlət İmtahan Komissiyasının sədri, "Şərq" qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı, fakültənin dekan əvəzi, dosent Vüqar Zifəroğlu imtahan prosesini yaxından izləyiblər. 
Prosesin gedişinə diqqət çəkən A.Aşırlı tələbələrin hazırlıq səviyyəsindən razılıq ifadə edib:
"Demək olar ki, dövlət imtahanı gedən bütün auditoriyalara baş çəkdik. Tələbələrlə söhbətlər apardıq. Onları sualların tərtibi barədə sorğu-sual etdik. Hər şeyin qaydasında olduğunu və hansısa çətinliklərin olmadığını bildirdilər. Hazırlıq səviyyələri kifayət qədər yüksək idi. İmtahan uğurla başa çatıb".
Ayyət