Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib




Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, rəsmi səfər Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.

Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün görüşlər keçirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin