Benzinin qiyməti bahalaşır? - AÇIQLAMA




Benzin istehsalının azalması qiymətlərə təsir göstərməyəcək

Bunu Sherg.az-a benzinin istehsalının 7 faiz azalmasından danışarkən, "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı deyib. 

Ekspert bildirib ki, istehsal prosesinin azalması və ya artması istehlakın tələbindən asılıdır: 

"Yəni belə desək, bazarda nə qədər tələb edilirsə, istehsal da ona uyğunlaşdırılır. Benzinin və ümumi yanacaq məhsullarının istehsalının azalması da bununla bağlıdır. Neft məhsulları da elə həcmdə istehsal edilir ki, tam şəkildə istifadəni ödəyə bilsin. Ona görə də, bu azalma əslində nəticədir. Benzinin istehsalının 6,8 faiz azalmasının sənayedə problemlər yaratmağı barədə fikir söyləmək düzgün deyil. Bu, təbii haldır. Sənaye sahəsi dirçələrsə, yanacağa tələbat artarsa, onun istehsalı da irəliləyə bilər. Azalmanın qiymətlərin bahalaşmasına gətirib çıxaracağı fikri isə düzgün deyil. Çünki istənilən halda bazar qiymətləri dövlət tərəfindən tənzimlənir. Buna Tarif Şurası da nəzarət etdiyindən, qiymətlərin artması ilə əlaqədar dəqiq fikir söyləmək çətindir. Lakin benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,benzininin istehsalı 6,8 faiz azalıb.

Aysel Aslan