Beyin şişi ayaqlarından aydın oldu




Ayaqları getdikcə  şişən Kath Wilson heç bir ayaqqabısı ayağına olmadığı zaman həkimə getdi. Aparılan  testlərdə beyin şişi olduğu ortaya çıxdı.
"Daily Mail"də nəşr olunan xəbərə görə, Kath Wilson adlı qadın xəstəliyini  böyüyən ayaqları sayəsində öyrəndi. Ayaqqabıları ayağına olmadığı anda  həkimə gedən Kathın beynində şiş olduğu ortaya çıxdı.
Xəstəlik ilk olaraq eşitmə qabiliyyətində özünü  göstərdi. 18 ay sonra əlləri və ayaqları böyüyən Kathin çəkisi də artdı. 52 yaşlı qadın, "Bir çox ayaqqabım var və gündən - günə hamısı ayaqlarımı sıxmağa başladı. Sonra əlcəklərimin də dar gəldiyinin fərqinə vardım." deyə bildirir.

Həkimə gedəndə  Kathanın arıqlaması   lazım olduğu deyildi. Pəhriz saxlamağa  başlayan qadın zəifləyəcəyini gözlədiyi halda  daha da kökəldi.  Sonunda lazımlı testlərdən keçdikdən  sonra Kathın hipofiz beynində  yumurta böyüklüyündə xoş xassəli bir şiş olduğu aydın oldu.
52 yaşlı qadının  beyin əməliyyatı keçirməzsə  kor olma ehtimalı vardı. Əməliyyatla beynindəki şiş alınan qadın 11 gün xəstəxanada qaldıqdan sonra tamamilə yaxşılaşdı. Yenidən eşitməyə başlayan qadın, arıqladı  və köhnə ayaqqabılarını geyməyə başladı.