Binəli Yıldırım Milli Məclisdə çıxış etdi: "Azərbaycanın əldə etdiyi inkişaf Cənubi Qafqazda sülhə və inkişafa böyük təsir göstərir"
12:24 21.09.2018
Arxiv
620
Bu gün Milli Məclisin yaranmasının 100 illik yubileyi qeyd olunub. Yubleylə bağlı parlamentdə xüsusi və təntənəli iclası keçirilib.
İclasda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edibr. Belə ki, 14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni, parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılıb. Xüsusi iclasda iştirak üçün Türkiyə parlamentinin sədri Binəli Yıldırım və ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərə gəlib. İclasda prezident İlham Əliyev də iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı - parlament birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki - yaz və payız sessiyaları keçirilir.
"Mən qarşınızda xitab edərkən özümü Azərbaycan Milli Məclisinin üzvü kimi hiss edirəm. Türkiyə parlamentində İzmiri təmsil edirəm. İzmirlə Bakı 1985-ci ildən qardaşlaşmış şəhərlərdir. arazımızdakı qardaşlıq hüququna dayanaraq, özümü həm də bakılı sayıram”.
Bu sözləri yubley tədbirində iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib. TBMM sədri çıxışında Xalq şairi Sabir Rüstəmxanlının vətənə həsr etdiyi şeirdən bir bəndi söyləyərək, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun tarixindən danışıb:
"Türkiyə-Azərbaycan qardaşlığının tarixi qədimdir. Biz qardaş ölkəyik, strateji müttəfiqik, bir millət iki dövlətik. Azərbaycan günü-gündən inkişafdadır. Bu bizi sevindirməyə bilməz. Bu inkişafda parlamentin də böyük rolu var. Azərbaycan tarixində ikinci dəfə - 1991-ci ildə öz siyasi istiqlaliyyətinə qovuşduqdan sonra böyük bir inkişaf və iqtisadi yüksəliş gerçəkləşdirib. Bakının küçələrində gəzərkən bu fərqi görmək mümkündür.
Mərhum prezident Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi inkişaf Cənubi Qafqazda sülhə və inkişafa böyük təsir göstərir. Türkiyə tarixin hər dönəmində Azərbaycanın yanında olub, öz milli mücadiləsini verdiyi illər də daxil olmaqla, Azərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. Zaman-zaman bir-birimizdən uzaq düşsək də, bağlarımız, əlaqələrimiz heç qopmayıb”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya