BMT-dən Türkiyəyə İŞİD XƏBƏRDARLIĞI
10:37 03.08.2019
Arxiv
337
Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv ölkələrin xüsusi xidmət orqanları tərəfindən təmin olunan məlumatlara əsaslanaraq kritik bir hesabat hazırlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasındakı xüsusi müşahidəçilər, son dövrdə geriləməsinə baxmayaraq, hələ də əhəmiyyətli bir təhdid təşkil edən radikal dini terrorun narahatedici bir şəklini çəkib.
Hesabatı hazırlayan müşahidəçilər, beynəlxalq terrorizmdə son dövrdə baş verən dayanmanın qısa müddət ərzində sona çata biləcəyini və yeni il öncəsi yeni hücum dalğasının mümkün ola biləcəyini bildirib.
İngiltərənin “Guardian” qəzetinin xəbərinə görə, BMT müşahidəçiləri İŞİD sıralarında döyüşməyə gedən və sağ qalmış olan 30 min əcnəbi terrorçuya dair narahatlıqları gündəmə gətirib.
Hesabatda İŞİD üzvlərinin Türkiyəyə qaçmağa çalışdıqları da qeyd olunub.
Məlumata görə, sözügedən əcnəbi terrorçular yaxın gələcəkdə beynəlxalq bir narahatlıq mənbəyi halına gələ bilər. Bəziləri “Əl-Qaidə”yə qoşula bilər, bəziləri ortaya çıxa biləcək ayrıca terror təşkilatlarında birləşə bilərlər. Bəziləri təşkilat lideri ola, ya da terror təşkilatlarına üzv cəlb edən mövqelərə keçə bilərlər.
Hesabatda terrorçuların Türkiyə, Fransa, Belçika və Almaniyada yüzlərlə mülki vətəndaşı qətlə yetirdiyi 2015 və 2016-cı ildən bu yana daha az uğurlu hücum etdiyini vurğulansa da, Avropa üçün təhdid səviyyəsinin yüksək olmaqda davam etdiyini bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət