BNA-dan əlillərin avtobuslardan istifadəsi ilə bağlı açıqlama...
13:49 21.02.2018
Arxiv
791
"Bakı Nəqliyyat Agentliyinin(BNA) mühüm sosial əhəmiyyət kəsb edən layihəsi çərçivəsində 9 dekabr 2017-ci il tarixindən paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb”.
Bu barədə "Sherg.az”a yol infrastrukturunda həyata keçirilən "Pandus aylığı” layihəsindən danışarkən BNA Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O xatırladıb ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub:
"Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir. Artıq 200-ə yaxın pandus üzərində inşaat işləri yekunlaşdırılıb. Hüseyn Cavid prospekti və Ayna Sultanova küçəsinin, Hüseyn Cavid prospekti və Seyfəddin Dağlı küçəsinin, Hüseyn Cavid prospekti və Məmməd Rəhimov küçəsinin, Bülbül prospekti və Mirzəağa Əliyev küçəsinin, Bülbül prospekti və Dilarə Əliyeva küçəsinin, 28 May və Mehbalı Zeynalabdıyev küçələrinin, 28 May və Rixard Zorge küçələrinin, Dilarə Əliyeva və Rixard Zorge küçələrinin, Rəşid Behbudov və Xəqani küçələrinin kəsişmələrində, Fizuli küçəsində və Xocalı prospektində tikinti-quraşdırma işləri yekunlaşıb.
Ümumilikdə isə ilkin mərhələdə Bakı şəhərinin 5 rayonunda 415 pandusun tikintisi 1 iyul 2018-ci il tarixinədək yekunlaşacaq. Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədi ilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir”.
M.Ağayev onu da əlavə edib ki, yol infrastrukturu ilə yanaşı sərnişin avtobuslarının da əlilliyi olan şəxslər üçün əlçatan olması istiqamətində iş aparılır:
"Hazırda bəzi marşrut xətləri üzrə avtobuslar əlil arabalarının avtobusa daxil olması eyni zamanda düşməsi üçün zəruri mexanizmə malikdir. Lakin əksər avtobuslarda bu mexnizimlər yoxdur. Bununla yanaşı həmin avtobusların yerdən hündürlüyü də normadan artıqdır. Bakı Nəqliyyat Agentliyi şəhərdaxili və ətraf kənd, qəsəbələrdə müntəzəm sərnişindaşımada istifadə edilməli olan avtobuslarla bağlı tələblər müəyyənləşdirib.
Bu tələblərdən biri də məhz avtobusların əlilliyi olan şəxslərin rahat istifadəsinə uyğunlaşdırmaqla bağlıdır. Son bir ildə alınıb gətirilən bütün avtobuslarda bu mexanizm var. Yeni alınacaq avtobuslarda da bu tələbin mütləq şəkildə yerinə yetirilməsi tapşırılıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm