“Brüsseldə Azərbaycanın mövqeyi bir daha ortaya qoyuldu”
12:54 23.05.2019
Arxiv
836
"Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində olduqca mühüm görüşlər keçirdi”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, DİA-nın dossenti Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, tədbirin Azərbaycan üçün ən önəmli tərəflərindən biri odur ki, ölkə rəhbəri növbəti dəfə mötəbər bir tribunada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacibliyini diqqətə çatdırdı:
"Brüsseldə Azərbaycanın mövqeyi bir daha ortaya qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüquq normaları əsasında münaqişənin tənzimlənməsi istiqamətində addımların atılmasının vacibliyi vurğulandı. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələri başlayır. 2016-cı ildən başlayaraq, Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişinin hazırlanması prosesi gedir.
2018-ci ildə Avropa İttifaqı ilə ölkəmiz arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb. Bütün hallarda Avropa İttifaqı ilə münasibətlərdə, əməkdaşlıq sisteminin yeni elementlərinin formalaşdırılması prosesində dəstəklənən əsas məqam ölkəmizin ərazi bütövlüyüdür.
Təbii ki, Azərbaycanın haqlı mövqeyi Avropa İttifaqının rəhbərliyi tərəfindən həssaslıqla qarşılanır. Nəzərə alaq ki, dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı da Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Brüsseldəki tədbirdə ölkəmizin ərazi bütövlüyü məsələsi təkrar gündəmə gətirilib və Aİ rəhbərliyi də bunu dəstəkləyib. Ərazi bütövlüyü məsələsinin müzakirə predmeti olduğunu iddia edənlər ciddi yanılırlar”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan tərəfi heç vaxt bu məqamı müzakirə etmir:
"Bütün iqtisadi və siyasi tərəfdaşlarımızla görüşlərdə xüsusilə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Yəni, ölkəmiz Aİ-yə üzv olan dövlətlərin üçdə biri ilə strateji münasibətlərə malikdir. Strateji tərəfdaşlıq əlaqələri ölkələrin milli maraqları üzərində qurulub.
Azərbaycanın dəstəklənən milli maraqları hər zaman ondan ibarət olub ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Bu baxımdan qətiyyətlə ifadə edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlıq sisteminin bütün elementləri ərazi bütövlüyünün nəzərə alınması şərti ilə inkişaf etdiriləcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya