
“Bu forum Azərbaycanın etibarlı tərafdaş kimi nüfuzunun yüksəlməsinə xidmət edir” – Ekspert
14:01 14.03.2019
Arxiv
576
"Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın oturuşmuş xarici siyasət kursu var”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti, gənc politoloq Zeynal Əmralıyev deyib.
Ekspert bildirib ki, Azərbaycanın bütün məsələlərlə bağlı mövqeyi eynidir, dəyişməzdir:

"Ölkəmiz Şərqin Qərbə açılan qapısı rolunda çıxış edir. Regional siyasətdə rolumuz hər ötən gün güclənir. Artıq Azərbaycan dünya güclərinin regionla bağlı məsələlərdə hesablaşdığı bir ölkədir. Bir çoxları kimi dəyişkən deyil, oturuşmuş xarici siyasət kursu mövqelərimizi hər ötən gün daha da gücləndirir. Kimsə deyə bilməz ki, əvvəl belə deyib sonra başqa cür davranmışıq. Çox təəssüf ki, ətrafımızda bu cür davranan dövlətlər, ölkə başçıları var.
Məsələn, Gürcüstan prezidenti Salome Zurabaşvili Bakıda başqa, İrəvanda isə fərqli bəyanatla çıxış edir. Təbii ki, Gürcüstan-Azərbaycan tarixi bağlılığı olan iki qonşu dövlətdir. Ancaq bu kimi hallar bizləri çox məyus edir. Ona görə də Prezident İlham Əliyev Forumda çıxış zamanı bir daha yüksək səviyyədə xarici siyasət kursumuzu dünyanın diqqətinə çatdırdı. Bu, bizim etibarlı tərafdaş kimi dünya miqyasında nüfuzumuzun yüksəlməsinə xidmət edən bir addımdır”.
Qeyd edək ki, bugün Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. VII Qlobal Bakı Forumu keçirildi və mühüm xarici qonaqlar qatıldı. Dövlət başçısı İlham Əliyev Forumda geniş nitq söylədi və bir çox məqama diqqət çəkdi. Prezident xüsusən Azərbaycanın yeritdiyi xaricə siyasətə diqqət çəkib. Bəyan edib ki, bizim xaici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır: "Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya