Bu gün üç küçədə hərəkət qismən məhdudlaşacaq - RƏSMİ




UEFA Avropa Liqasının finalı ilə bağlı üç küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Verilən məlumata görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün sözügedən ərazilərdə hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur.