Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib

"Bu il 1200-ə qədər şəhid ailəsinə təqaüd təyin edilib". 
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. 
O bildirib ki, nazirlik həmçinin şəhid ailələrinə psixoloji yardım göstərir:"Bununla yanaşı, erməni təcavüzü nəticəsində təsərrüfatına ziyan dəyən ailələrə də dəstək layihəsi həyata keçirilir. Həmin ailələrin özünü məşğulluğu ilə bağlı tədbirlər görülür".