"Bu müəllim diaqnostik qiymətləndirməyə buraxılmır" - Səbəb və izah




Müəllim sovet dövründə başqa ölkədə təhsil alıbsa, diaqnostik qiymətləndirməyə qatılmaq üçün Təhsil Nazirliyinə uyğun prosedurları keçməlidir”.

Bunu Sherg.az-a Sovet dönəmində ittifaqa daxil olan başqa ölkələrdə ali təhsil alan müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmamağının səbəblərini izah edərkən professor Füzuli Məhəmməd deyib. 

O bildirib ki, bu proseslər düşünülən qədər mürəkkəb deyil:

"Başqa yolu yoxdur. Azərbaycan müstəqil dövlətdir, qayda qanunları var. Kimin neçənci ildə hansı ölkədə təhsilini tamamlaması ilə əlaqədar müəyyən filtr qurulub. Həmin meyarları keçən müəllimin diplomu da ölkəmizdə tanına bilər”

Qeyd edək ki, Hələ sovet dövründə Özbəkistanda təhsil almış müəllim diaqnostik qiymətləndirmədə iştirak edə bilmir. Xezerxeber.az bildirir ki, Goranboyun Borsunlu kəndindəki 1 saylı orta məktəbdə rus dili müəllimi işləyən Bəyim Xəlilova 2 həftə sonra keçirləcək imtahanlarda iştirak etmək üçün siyahıya salınmayıb. Məsələ ilə bağlı məktəb rəhbərliyinə və təhsil şöbəsinə bildirsə də, ona nazirliyə müraciət edərək diplomun tanıdılmasını məsləhət görüblər. Baxmayaraq ki, o ali təhsilini Özbəkistanda SSR-i dövründə alıb.
Çətin vəziyyətlə üzləşən müəllim 5 il əvvəl Səmərqənd şəhərində yerləşən unversitetdən arayış alaraq həqiqətən ali təhsil aldığını təsdiqlədib. Ondan sonra yenə işinə davam edib.
Bəyim Xəlilova 26 il əvvəl Özbəkistanın Səmərqənd şəhərində yerləşən unversitetin məzunu olub. Təhsilini başa vurduqdan sonra Borsunlu kənd məktəbində çalışıb. Təhsil Nazirliyindən isə bildirlib ki, məsələ ilə bağlı onlara müraciət olunmalıdır. Ondan sonra məsələ araşdırılacaq.

Aysel Aslan