"Bu müsbət göstəricilər iqtisadi islahatların məntiqi nəticəsidir"
13:19 01.08.2018
Arxiv
795
"Azərbaycan iqtisadiyyatının 2017-ci ildən etibarən artım nümayiş etdirməsi bütün beynəlxalq təşkilatların proqnozlarıda öz əksini tapır”.
Bunu "Sherg.az”a "Standard & Poor’s” reytinq agentliyinin Azərbaycan iqtisadiyyatı barədə proqnozlarını şərh edərkən millət vəkili Tahir Mirkişili deyib.
Deputat bildirib ki, bu müsbət göstəricilər aparılan iqtisadi islahatların məntiqi nəticəsidir:
"Dünya bazarlarında neftin qiymətinin yüksək olması bir tərəfdən Azərbaycanın yüksək gəlir əldə etməsinə şərait yaradır, digər tərəfdən isə bu gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməyə imkan verir.
Məhz iqtisadi dayanıqlığın təmin olunması ölkəmiz qarşısında əsas məqsədlərdən biridir. Sənayenin, kənd təsərrüfatının, xidmət sektorunun sürətli artımı Azərbaycan iqtisadiyyatının davamlı iqtisadi artımını təmin edəcəkdir. Alternativ iqtisadi artım mənbələrinin inkişafı həm də əhalinin yaşayış güzəranını daha da yüksəltməyə imkan verəcəkdir”.
Qeyd edək ki, reytinq agentliyinin hesabatına əsasən Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. "Standard & Poor’s” Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Digər nüfuzlu beynəlxalq agentlik olan "Fitch Ratings" isə Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacağını proqnozlaşdırır. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya