Bu, Prezidentin öz vətəndaşına göstərdiyi diqqətin təzahürüdür"




"Prezident növbəti dəfə zəlzələ bölgəsinə getməklə sübut etdi ki, o hər bir vətəndaşın qayğısına qalır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı hər zaman xalqın qayğısına qalır, onların problemlərinə həssaslıqla yanaşır:

"Bir ay ərzində fəlakət baş vermiş rayonlara bir neçə dəfər səfər, əhali ilə görüşmək və onların problemlərinin həlli üçün yerindəcə tapşırıqlar vermək prezidentin öz vətəndaşına diqqətini göstərir. 

Eyni zamanda səfərdən dərhal sonra yeni sərəncam verildi, bərpa və tikinti işləri üçün 11 milyon manat vəsait ayrıldı. Bu onu göstərir ki, cənab prezident vətəndaşlarının bütün problemlərini diqqət mərkəzində saxlayır. Bir vətəndaş kimi ölkə başısının bu hərəkəti ilə qürur duyuram”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 5-i və 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yenidən tanış olmaq üçün Ağsu və Şamaxı rayonlarına səfər edib.

Yeganə Bayramova