Bu qaydanı pozan piyadalar CƏRİMƏLƏNƏCƏK

Ərşad Hüseynov: " “Piyada yaşıl işıq yananda keçiddən keçməyə başlayarsa, xəttin ortasında qırmızı işıq yanarsa, dayanıb gözləməlidir”


"Piyada yaşıl işıq yananda keçiddən keçməyə başlayarsa, xəttin ortasında qırmızı işıq yanarsa, dayanıb gözləməlidir”.

Bunu Sherg.az-a piyada keçidlərindən keçərkən piyadaların cərimələnməsinə münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, sakinlər piyada keçidinin ortasında olan zaman qırmızı işıq yanarsa, dayanmadıqları təqdirdə polis onları cərimələyə bilər:

"Maşınlar hərəkət edən zaman yolu keçmək piyadanın həyatı üçün də təhlükəlidir. Amma yaxşı olar ki, piyadalar keçid boş olduqda yolu keçməyi başa çatdırsın. Burada incə məqam var. Piyada həmin qaydanı pozarsa, polis tərəfindən cərimələnə bilər”.

Qeyd edək ki, sakinlər Bakının piyada keçidlərini keçərkən polislər tərəfindən cərimə yazılmasını etirazla qarşılayır. Onlar bildirirlər ki, xüsusilə yaşlılar piyada keçidlərinin yarısına çatdıqda qırmızı işıq yanırsa, polislər cərimə yazır.

Ayyət Əhməd