Bu sürücülər 20 manat cərimələnəcək




Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna bununla bağlı dəyişiklik müzakirə edilib. 

Sherg.az-ın xəbərinə görə dəyişikliklərə əsasən avtomobillərin parklanması ilə bağlı qaydalar dəyişib. 

Belə ki, bundan sonra nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunacaq. Həmçinin nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılacaq və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat veriləcək. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.