Maraqlıdır, görəsən məlum xoşagəlməz hallar niyə baş verir və bunu necə önləmək olar ?
"Bu tablodakı aqressiya illərdir yığılıb qalan şiddətin partladığını göstərir" - Psixoloq
16:18 01.08.2018
Arxiv
1311
Xəbər verdiyimiz kimi, Qobustan rayonunun Poladlı kəndində gəlin həyat yoldaşı və qayınanasına ağır xəsarət yetirib. 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib. Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qayınanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib. Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, son zamanlar analoji hadisələrin sayı artmaqdadır. Bu cür arzuolunmaz halların geniş vüsət alması isə müxtəlif səbəblərlə izah olunur. Kimi belə hadisələrdə qadınları günahlandırır, kimi isə kişiləri.
Maraqlıdır, görəsən məlum xoşagəlməz hallar niyə baş verir və bunu necə önləmək olar ?Suallarımızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı "Sherg.az"a bildirib ki, cəmiyyətdə bu cür olayların baş verməsi heç də xoşagələn deyil. Hər bir insanın "səbr kasası” dolduqda belə bir adım atmağa məcbur qalır:
" Bugünkü olay əvvəllər qadınlara qarşı tətbiq olunun şiddətin həddini aşması nəticəsində qarşı tərəfə verilən qarşılıqdır. Hazırkı gəlinlər illər əvvəlki dövrün ailələrinin uşaqlarıdır. Onlar indi böyüyüb öz ailələrini qurublar. 15-20 il bundan qabaqkı ailələrdə şiddət adi hal olurdu. Nəzərə almaq lazımdır ki, indiki gənclər həmin ailələrdə böyüyüb, ətrafdakı insanlar və valdeynlərindən müəyyən xarakterlər götürüb.
Onların daxilində müəyyən hərəkətlərə qarşılıq verməyə vadar edən bir aqressiya yaranıb. Bu, qadınlara da aiddir. Qadınlar da yaranmış şəraitə uyğun əks addımlar atır. Oğlanlar "Mən kişiyəm. İstədiyim vaxt hər şey edə bilərəm.” kimi düşüncələrlə böyüyür. Onlar bu fikirləri nümunə kimi götürdükləri atalarından mənimsəyirlər. Bu obraza uyğun davranış göstərdikdə isə qarşılarındakı qadın həm fiziki, həm də psixi cəhətdən buna tab gətirə bilmir. Artıq onlarda olduqları vəziyyətdən bezib, qarşılıq verməyə çalışır.
Məncə, qadınların bu cür hərəkəti şiddət deyil. Bu sadəcə müxtəlif üsullarla qadınların özlərini müdafiə etməsidir. Artıq o ailədə hadisələr necə olubsa, belə bir mənzərə ilə qarşılaşmışıq. Bu xoşagəlməz olayın baş vermə səbəblərini bilməsək də, qarşımızdakı tabloya baxdıqda orada böyük bir aqressiya görürük. Deməli bu aqressiyada bir neçə illərdən bu günə kimi yığılıb qalan şiddətin sonda partlamasıdır. Çünki hər bir insanın müəyyən dayanıqlılıq nöqtəsi var. Ümumuniyyətlə, şiddəti qadın və kişiyə ayırmağın əleyhinəyəm. Aqressiya, varsa qarşılıqlı anlaşmazlıq da, şiddət də olacaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya