"Bu variant Ermənistan üçün yeganə xilas yoludur" - Millət məkili

Asim Mollazadə:"Ermənistanın yeganə çıxış yolu Azərbaycanla tezliklə sülh istiqamətində saziş bağlamaqdan, işğal etdikləri ərazilərimizi qeyd-şərtsiz tərk etmək keçir "




"Prezident İlham Əliyev öz çıxışında Ermənistana növbəti dəfə xilas yolunu göstərib”.

Bunu "Sherg.az”a Prezident İlham Əliyevin "İşğalçı dövlət torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır" bəyanatına münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib. 

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilməsə, Ermənistan, ümumiyyətlə, bir dövlət kimi müstəqil olmayacaq:

"Ermənistanın yeganə çıxış yolu Azərbaycanla tezliklə sülh istiqamətində saziş bağlamaqdan, işğal etdikləri ərazilərimizi qeyd-şərtsiz tərk etmək keçir. Hazırda düşmən ölkədə hərbi cinayətkarlar həbs edilib, bu dövlətə təzyiqlər də artıb. Həmin cinayətkarların "sahibləri” mövcud vəziyyətdən narahatdır. Çox istərdik ki, Robert Koçaryan Ermənistan məhkəməsinin deyil, beynəlxalq tribunanın hökmü ilə cəzalandırılsın. 

Çünki R, Koçaryan və onun kimi digərlərinin əli həm erməni, həm də Azərbaycan xalqının qanına bulaşıb. Azərbaycan Prezidentinin növbəti dəfə münaqişənin həll variantını göstərməsi Ermənistan üçün yeganə xilas yoludur”.

Qeyd edək ki, dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi baş tutub.  Mərasim zamanı çıxış edən ölkə başçısı İlham Əliyev bir neçə mühüm  məsələ ilə yanaşı Dağlıq Qarabağ münaqişəsindən də söz açıb. Prezident münaqişənin həllinin yalnız bir yolu olduğunu vurğulayıb:

"İşğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir”

Aysel Aslan