"Büdcəyə qeyri-neft sektorundan gələn gəlirlər artır" - Deputat





"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bu sahədə atılan əsaslı addımların uğurlu nəticəsidir”

Bunu "Sherg.az"a "Standard &Poor"s" reytinq agentliyinin "Azərbaycan iqtisadiyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq" proqnozuna münasibət bildirərkən millət vəkili Aydın Hüseynov söyləyib.

Onun qənaətincə, "Standard &Poor"s"agentliyi kimi bir çox dünya şöhrətli reytinq təşkilatları Azərbaycan iqtisadiyyatı ilə bağlı hər zaman nikbin hesabatla çıxış ediblər:

"Onların bildirdiyi məlumatlar məntiqlidir. Çünki Azərbaycan öz iqtisadiyyatını dayanıqlı şəkildə qurub. Atıq dünya bazarında Azərbaycan neftinin qiymətinin yüksək trenddə dayanması iqtisadi rifahı yüksəldir. Bundan başqa ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra əsaslı addımlar atılıb ki, hazırda da bu sahədə çox böyük nailiyyətlərimiz var.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq büdcəmizə gələn gəlirlər artır. Yaxın zamanlarda biz bu sahədən böyük həcmdə vəsaitlər əldə edəcəyik. Aparılan iqtisadi islahatlar, bunun fonunda əldə etdiyimiz uğurlar, Avrasiya məkanında həyata keçirdiyimiz beynəlxalq iqtisadi layihələr həmin reytinq agentlikləri qarşısında ölkəmizin nüfuzunu artırır. Bu mənada "Standard & Poor’s" in Azərbaycan iqtisadiyyatının 3 faizə yaxın artacağına dair proqnozu doğrudur”.

Qeyd edək ki, Standard & Poor’s" reytinq agentliyinin hesabat açıqlayıb. Təşkilatın hesabatında göstərilib ki, Azərbaycan iqtisadiyyatı 3 il ərzində -2018-ci ildən 2021-ci ilə qədər orta hesabla 3 faiz artacaq. "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.

Kənan Eynuroğlu