ÇAĞIRIŞ: “Simptom hiss etdikdə dərhal testdən keçin!" 

Ölkəmiz pandemiya ilə mübarizədə ardıcıl tədbirləri davam etdirir. Vətəndaşlarımızın məsuliyyətli davranışı, səbr və təmkinli olması əsas şərtlərdən biridir. Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrlərdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir. 
Ən başçlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.  



Ölkəmizdə virusdan sağalanların artan dinamika üzrə getdiyini deyən “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Sherg.az”a bildirib ki, cənab Prezident də hər dəfə çıxışlarında vətəndaşları məsuliyyətli olmağa çağırır. 
P.Vəliyeva qeyd edib ki, əvvəlki aylarda koronavirusla bağlı vəziyyət o qədər də ürəkaçan deyildi:

“Lakin zamanında karantin elan olundu, müvafiq tədbirlər görüldü, lazım olan bütün tibbi avadanlıqlar alındı. Bundan sonra ölkəmizdə karantinlə bağlı müəyyən yumşaldılmaya gedildi. Bu işdə medianın rolunu da xüsusi vurğulamaq lazımdır. Mətbuatda yoluxma ilə bağlı pis nəticələri oxuyan vətəndaşlarda qorxu yarandı. Bu zaman insanlar adi simptomlarla qarşılaşdıqları zaman testlərdən keçdilər. Ona görə də hazırda sağalma artan dinamika ilə davam edir.

Vətəndaşlar bundan sonra da məsuliyyətli olmalıdır. Sosial məsafəni gözləmək, maskadan istifadə etmək, hansısa simptomla qarşılaşanda testlərdən keçmək lazımdır. Çünki xəstəliyin erkən aşkarlanması müalicə dövründə xəstəliyin ağırlaşmasının qarşısını alır”.