Cahangir Əsgərov: "Azərbaycanın hava məkanında uçuşlar bir gün də olsun dayanmayıb"
08:14 19.08.2021
Arxiv
422
"Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb".
“Azərbaycan Hava Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərov deyib.
Onun sözlərinə görə, bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və, ümumilikdə, mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir, bununla əlaqədar aviadaşıycıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir: "Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım olduğunu anlayırıq. Bu gün, heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işində həmrəy olmaq, bir-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacıbdir”.
O vurğulayıb ki, Azərbaycanın hava məkanında və hava limanlarında uçuşlar bir gün də olsun dayanmayıb: "Ölkə regional miqyasda aviasiya nəqliyyat-logistika mərkəzi kimi çıxış etməyə davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur