Çavuşoğlu:“...Nikos Dendias həddini aşdı”
16:47 16.04.2021
Arxiv
305
“Yunanıstanın Xarici İşlər naziri ilə bigə mətbuat konfransında biz gərginliyi azaltmaq üçün düşüncələrimizi kifayət qədər nəzakətlə ifadə etdik, ancaq Nikos Dendias mətbuat konfransının müəyyən mərhələsindən sonra Türkiyəni saxta ittihamlarla günahlandırdıqda, artıq ona həddini bildirmək lazım idi”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada səfərdəikən mətbuat konfransında qalmaqal yaradan Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın davranışlarına mövqe bildirərkən deyib.
“Yunan nazirin davranışları onun göstəricisi idi ki, Yunanıstan Türkiyə ilə münaqişəli münasibətlərini davam etdirmək istəyir”, deyən nazir bildirib ki, qonşu ölkə hələ də heç bir hüquqi qüvvəsi qalmayan “Sevilla xəritəsi” üzrə hərəkət etmək iddiası ilə münasibətləri daha da gərginləşdirir: “Biz dəfələrlə “Sevilla xəritəsi”nin hüquqi əsasının olmadığını sübuta yetirdik. Çox təəssüf ki, onlar özlərini hələ də belə bir saxta xəritənin varlığına inandırırlar”.
Nazir deyib ki, Türkiyə Prezidenti başqa ölkələrin Xarici İşlər nazirini nadir hallarda qəbul etdiyi halda Nikos Dendiasın səfəri Yunanıstan-Türkiyə münasibətlərinin normallaşması baxımından əhəmiyyətli hesab edildiyi üçün R.T.Ərdoğan yunan nazirlə məmnuniyyətlə görüşdü: “Biz ev sahibi olaraq lazımi nəzakəti göstərdik”.
Nazir sözügedən konfransda Şimali Kipr türklərinin ittiham olunmasının da qəbuledilməz olduğunu bildirib: “Yunanıstan Şimali Kipri tamamilə yox sayarsa, o zaman mən də Kipr türklərinin haqqını qorumalı idim. Biz Türkiyə olaraq, prinsipial mövqeyimizdəyik”.
Şimali Kiprin Prezidenti Ersin Tatar da Kipr türkləri adından M.Çavuşoğluna bu mövqeyinə görə təşəkkür edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq