Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq.
Sherg.az Patrul.az-a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub.
Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kurs tələbələrini təhdid etdiyi əks olunmuşdu.
Paylaşımdan sonra ADMİU məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul edilib.
Universitetin açıqlamasında qeyd olunub ki, təhsilalanla ali təhsil müəssisəsi arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndi və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4-cü bəndinin "a" yarımbəndi - universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə - əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib.
Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib. Lakin aydın olub ki, Kənan Zindadil universitetdən 1 illik uzaqlaşdırılıb.