Cənubi Koreyalı turist: "İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır"




"Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır".

Sherg.az bildirir ki, bunu Trend-ə Cənubi Koreyadan olan turist Patrik Park deyib.

O, bildirib: "Mən burada çoxlu xarici görürəm və onlar bu idman yarışlarının böyük əhəmiyyətindən danışırlar".

Park qeyd edib ki, Bakıya ilk gəlişidir: "Bakı çox gözəl şəhərdir, xüsusilə də gecələr".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.