Çexiya - Danimarka oyununun ən yaxşı futbolçusu bəlli oldu

Bakı Olimpiya Stadionunda keçirimiş Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun ən yaxşı futbolçusu açıqlanıb.
"Report"un məlumatına görə, bu, Skandinaviya təmsilçisinin oyunçusu Tomas Dileynidir.
Qeyd edək ki, qarşılaşma Danimarkanın 2:1 hesablə qələbəsi ilə yekunlaşıb. Dileyni 5-ci dəqiqədə oyundakı ilk qolun müəllifi olub.