"Bütöv ay"ın qurucusu "məqsədimiz iqtidar olmaqdı" deyir
Bursada çobanlıq edən Sərdar Okuyucu qoyunlara baxan zaman gördüyü bütöv aydan təsirlənərək "Bütöv ay" adında partiya qurdu. 60 əyalətdə təşkilatlanan partiyanın hədəfi 2019-cu ildə seçkilərə qatılmaqdı.
Ördekli Mədəniyyət Mərkəzində partiyanın 60 əyalət başçısına səlahiyyət sənədini verən Sərdar Okuyucu, bir partiya başçısı deyil, çoban olduğunu və xalqın özünü belə tanıması lazım olduğunu söyləyib. Bir zamanlar siyasətdə aktiv olduğunu qeyd edən Okuyucu, "2001-ci ildə AKP-nin qurucu üzvlərindən biriyəm. 2009-cu ilə qədər gənclik təşkilatına başçılıq etdim. Daha sonra Has Partiyada siyasətə başladım. Ancaq partiya bağlanandan sonra özümü təbiətə həsr etdim" deyir.
"BİR GECƏ BÜTÖV AYI GÖRÜNCƏ..."
Sərdar , partiya qurmaq fikirinin haradan gəldiyini də izah edir:
-Bir gecə qoyunlara baxarkən bütöv ay o qədər gözəl doğdu ki, işığı çox gözəl idi. Bir anda ağılıma partiya qurmaq gəldi. Və partiyamın adını "Bütöv ay" qoydum. Hazırda 60 rayonda təşkilatlanmışıq. Bu da bizi məmnun edir. Önümüzdəki günlərdə 81 əyalətin hamısında partiya təşkilatlanmasını bitirəcəyik.
"MƏQSƏDİMİZ İQTİDAR OLMAQDI"
İqtidara talib olduğunu söyləyən Sərdar, "Məqsədimiz məclisə girmək, ya da məclisdə müxalifətdə qalmaq deyil, məqsədimiz iqtidar olmaqdı. Bu ölkənin bizim kimi xalqın içindən çıxan siyasətçilərə ehtiyacı var. Məqsədimiz təşkilatlanmağı tamamlayıb, 2019-cu ildə seçkilərə girə bilmək və bu seçkilərdə tək başımıza iqtidar olmaqdı" deyir.
ÇOBANLIĞI BURAXMADI
Partiya qurduqdan sonra da çobanlığı buraxmayan Sərdar, Bursanın Mustafakemalpaşa qəsəbəsində özünə aid kiçik bir ferma qurduğunu və öz qoyunlarına çobanlıq etdiyini söyləyir. O, təbiətin onu xoşbəxt etdiyini ifadə edərək çobanlığa davam edəcəyini bildirir.