Daha bir piyada yolda can verdi




Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
ONA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxəli Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 57 yaşlı Binnət Qasımov yolu keçmək istəyərkən "VAZ 2107" markalı avtomobil onu vurulub. Nəticədə piyada alıdğı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.