Damar tıxanıqlığının qarşısını alan FAYDALI BİTKİLƏR




Damar tıxanıqlığı, damarların yağ ya da müəyyən olunmuş səbəblərlə tıxanması nəticəsində yaranan narahatlıqdır. 

Damarların tıxanması səbəbilə oksigen orqanlara və toxumalara yetərincə çatmır. Nəticə olaraq vücudda müəyyən zərərlər yaranmağa başlayır, hətta ölümlə nəticələnə bilir.

Sherg.az xəbər verir ki, damar tıxanıqlığının qarşısını almaq üçün faydalı olan bitkilər aşağıdakılardır.

Yemişan:

Damarları genişləndirən, qan dövranını sürətləndirən bir bitkidir. İçində bol miqdarda bioflavonoidlər var. Bu maddə sayəsində ürəyə qan və oksigen daha çox gedir. Yemişanı istifadə edərkən, qurumuş yarpaqları ya da çiçəyini 2 çay qaşığı 1 litr suda 15 dəqiqə qaynadın. Dad qatmaq üçün balla için. Gündə 3-4 fincan içilmək lazımdır. Təsirini təxminən 1 ayda göstərir.

Yunan lavandası ( İsti quduz):

Ürək və damar açıcı olaraq qəbul edilir. Oğul otu,isti quduz, limon hər üçü qaynadılır və balla dad qatılaraq və soyuq halda içilir. Damarlarda genişlənmə yaradaraq oksigen ilə qan dövranını hərəkətləndirir.

Dəmir tikanı:

Damar açıcı və çox yaxşı bir sidik qovucudur. Eyni zamanda metabolizmanı qüvvətləndirməsi ilə seçilir.

Bağamburc:

Bağamburc damarların tıxanıqlığını açar, təzyiq balansını qoruyur və spzamların yaranmasını əngəlləyir. Damarlarda yaranan txanıqlığı təmizləyərək, damar sərtliyine çox yaxşı təsir edir.

Ballınanə, bədrənc və ya limonotu:

Qan dövranını, ürək və beyin sistemlərini qüvvətləndirməklə yanaşı xəstəliklərə qarşı oruyucu təsirə də malikdir. Spazmanı aradan qaldırır. Təzyiqi normallaşdırır.